Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək


Digərləri 06 Sen 2019 11:08:50 328 0

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi Avstriyanın Vyana şəhərində qeyd ediləcək.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi Avstriyanın Vyana şəhərində qeyd ediləcək. BDU-dan Trend-ə verilən məlumata görə, tədbir 2019-cu il 9 sentyabr tarixində BDU və Azərbaycanın Avstriyadakı səfiriliyin tabeliyində Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə universitetin 100 illik tarixini özündə dolğun şəkildə əks etdirən video-çarx göstəriləcək, foto-sərgi təşkil olunacaq. Musiqiçilərin təqdimatında konsert proqramının da nəzərdə tutulduğu tədbirdə universitetin nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcək.