Bred Pitt ETİRAF ETDİ "Narkotik aludəçisi olmuşam" FOTO


Digərləri 06 Sen 2019 10:45:00 333 0

Bred Pitt ETİRAF ETDİ  "Narkotik aludəçisi olmuşam"  FOTO

Bred Pitt Ancelina Coli ilə ayrılığının ardından yaşadıqlarını mediaya açıqlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, ''New York Times'' qəzetinə müsahibə verən 55 yaşlı aktyor Coli ilə ayrıldıqdan sonra alkoqol və narkotik aludəçiliyindən qurtulmaq üçün adsız alkoqoliklər dərnəyinə qatıldığını etiraf edib. 

Pitt bu müddət ərzində nə az nə çox düz bir il yarım müalicə aldığını söyləyib. Aktyor bir müddət içki masasının onun üçün ən güvənli yer olduğunu da qeyd edib. 

Məşhur aktyor içkinin insan xarakterinin pis tərəflərini ortaya çıxardığını və buna görə də sərxoş başda ağıl olmadığını da söyləyib.

Pitt aludəçiliyindən qurtulmaq üçün atdığı bu addımın onu azad etdiyi bildirib. 

(adsgarden = window.adsgarden || []).push({});