Tələbə qız qonşusunu unitaz suyu ilə ZƏHƏRLƏDİ


Digərləri 06 Sen 2019 10:32:00 227 0

Tələbə qız qonşusunu unitaz suyu ilə ZƏHƏRLƏDİ

ABŞ-da tələbə qız otaq yoldaşını unitaz suyu ilə zəhərləyib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Tennessi Universitetinin keçmiş tələbəsi məhkəmədə içməli su qabına, unitazdan su tökdüyünü etiraf edib.

2017-ci ildə 21 yaşlı Tierni Villiams gizli şəkildə bu hərəkətini bir neçə dəfə təkrarlayıb. Bir müddətdən sonra onun qurbanı, qonşu qızın vəziyyəti günü-gündən pisləşməyə başlayır. Nəticədə o zədələnir və kəskin şəkildə arıqlayır.    Sonda sinif yoldaşları Villiamsın bu iyrənc hərəkətini videoya çəkərək, sosial şəbəkədə paylaşıblar. Görüntülər yayıldıqdan sonra polis hərəkətə keçərək Villiamsı həbs edib. O, günahını etiraf edib, lakin bunu nə üçün etdiyini açıqlamayıb.   Villiamın günahı isbat olunsa, onu 3 ildən 6 ilə qədər həbs gözləyir.    ABŞ-da bundan əvvəl də oxşar hadisə yaşanmışdı. Belə ki, bir kimyaçı həmkarının yeməyinə və suyuna kadmium adlı zəhərli maddə vurduğunu etiraf edib.    Nəticədə həmkarı və ailəsini zəhərləyən kimyaçı bu iyrənc əməlinə görə, ömürlük həbs cəzasına məhkum olunub.

(adsgarden = window.adsgarden || []).push({});