Aİİ-nin “İlahiyyatçı” qəzetinin avqust buraxılışı nəşr olunub


Digərləri 06 Sen 2019 10:25:00 194 0

Aİİ-nin “İlahiyyatçı” qəzetinin avqust buraxılışı nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin avqust buraxılışı çap olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin avqust buraxılışı çap olunub. Aİİ-dən Trend-ə verilən məlumata görə, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqına Qurban Bayramı münasibətilə təbrikləri yer alıb. Həmçinin səhifədə cənab Prezidentin A.H.Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərancamı və Şeyxülislam Allahşükür Paşazadəyə anadan olmasının 70, fəaliyyətinin 40 illliyi münasibəti ilə ünvanladığı təbrik dərc edilib. Qəzetin ikinci səhifəsində “Azərbaycanın tərəqqisinə həsr olunmuş ömür” başlıqlı məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü münsaibəti ilə Azərbaycan İlahiyyat İnstitutunun kollektivi adından təbriki yer alıb. Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma prespektivləri” adlı kitabına həsr olunmuş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış” başlıqlı yazı qəzetin üçüncü səhifəsindədir. Dördüncü və beşinci səhifələrdə “Bakıda “Şeyxülislam Allahşükür Paşazadə 70–Mənəviyyata həsr olunmuş ömür” adlı konfrans keçirilib” və “Şeyxülislam-70” başlıqlı yazılar öz əksini tapıb. Məqalələr Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, fəaliyyətinin 40 illliyinə həsr olunub. “Şeyxülislam-70” məqaləsi ilə İnstitut kollektivi Şeyx Həzrətlərini təbrik edib. Aİİ rektoru Ceyhun Məmmədovun AZƏRTAC-a müsahibəsi qəzetin altıncı səhifəsində dərc olunub.