Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır


Digərləri 06 Sen 2019 09:58:00 203 0

Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır

Bu gün saat 20:30-da Azərbaycan (U-21) – Slovakiya (U-21) yığmaları qarşılaşacaq.

Bakı. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Trend-in məlumatına görə, yığmamız “Dalğa Arena”da, saat 20:30-da başlayacaq oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyunun Baş hakimi Deyan Yakimovski, Baş hakimin köməkçiləri isə Nikola Karakolev, Kushtrim Lika, və İqor Stoychevskidir. Hakimlər briqadası Şimali Makedoniyadandır.