Sudanın baş naziri yeni hökumətin tərkibini açıqlayıb


Dünya 06 Sen 2019 08:33:00 213 0

Sudanın baş naziri yeni hökumətin tərkibini açıqlayıb

Sudan Baş naziri Abdullah Hamduk yeni hökumətin tərkibini açıqlayıb, xarici işlər naziri qadın təyin edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə A.Hamduk Hartumda keçirilən mətbuat konfransında deyib.

O, avqustun 5-də Sudanın Suveren Keçid Hökumətinin tərkibini təsdiqləyib. Buraya 19 nazir və 6 dövlət naziri daxil edilib.

Ərəb dünyası tarixində ilk dəfə olaraq xarici işlər naziri vəzifəsini qadın - Əsma Abdullah tutub. General-leytenant Camal Amru Müdafiə naziri təyin edilib, general-leytenant Tarifi İdris Daxili İşlər Nazirliyinin başçısı olub.