Dünyanı dəyişdirmiş məşhur körpələr Siyasətçilərin uşaqlıq FOTOLARI


Digərləri 06 Sen 2019 07:00:00 246 0

Dünyanı dəyişdirmiş məşhur körpələr  Siyasətçilərin uşaqlıq FOTOLARI

Tarixidə iz qoymaq olar. Amma səni necə xatıralayacaqları da mühüm sualdır.

Dahi Viktor Hüqo "dünyada uşaq qığıltısan təntənəli himn yoxdur" deyib.  Uşaqlar kim olmağı arzulamırlar ki? Həkim, polis, müəllim, kosmonavt...

Amma taleyinə dünyanı dəyişdirmək, onun tarixini yenidən yazmaq düşmüş  uşaqlar da olub.

Fotolarda onlar məsumdurlar. Hərə öz dövrünün ümidlərini daşıyır. Amma təqdim etdiyimiz bu körpələrin qismətində dünyanı qana çalxalamaq, böyük insan faciələri ilə nəticələnəcək səhvlər, bəşəriyyətin ümidlərini daşımaq missiyası düşübmüş...

Son.az bildirir ki, azpost.info dünyanın tanınmış dövlət xadimlərinin körpəlik fotolarını təqdim edir:

İosif Cuqaşvili-Stalin:

Bir az eqoist ədası ilə fotoda poz verən balaca İosif bəşəriyyəti  yeni formasiyaya aparacaq siyasi fırtınanın lideri olacaq.  Taleyinə milyonları sürgündə çürütmək, böyük repressiayar, Böyük Vətən Müharibəsindən qalib çıxmaq və Avropanı bölmək düşəcək.  "Xalqlar ata"sı olacaq...

Adolf Hitler:

Bu körpənin məsum üzündə  gələcək qəddarlığından nişanə belə yoxdur.  Alman xalqını birləşdirərək onu özünün nasional-sosilazm ideyasında darmadağın edən Adolf bəşər tarixini tar-mar edəcək müharibənin səbəbkarı olacaq.

Uniston Çörçill:

Marlboro aristokrat nəslindən olan  uşağın zadəgan ədası ilə pozası İngiltərə üçün xarakertikdir.  Bu uşaq böyüyəcək və  əlində siqar dünya siyasi xəritiəsinin yeni memarlarından olacaq. Qərblə SSRİ  arasında  "dəmir pərdə"nin  əsasını qoyaraq məşhur Fulton çıxışı ilə "soyuq müharibə"nin ideoloquna çevriləcək.

Con Kennedi:

Bütün dünyanın həyəcanla gözlədiyi nüvə müharibəsinin düyməsinin bir addımlığında oturmaq qismətini yaşadı.. Karib böhranı onu tarixə yazdı.  Kennedi iki ideoloji sistemin-kapitalizm və sosializmin dinc yanaşı yaşamasını isbat etməyi bacardı.

Mixail Qorbaçov:

Yenidənqurma onun üçün SSRİ-ni islah etmək cəhdi idisə, tarix üçün böyük bir formasiyanın dağılmasının ilkin siqnalı oldu.  Balaca Mişanın gələcək taleyinə ABŞ-la "soyuq müharibə"ni dayandırmaq yazılsa da SSRİ-nin suqutu kimi epoxal hadisəyə səbəbkar olmaq da vardı.

Ronald Reyqan:

(adsgarden = window.adsgarden || []).push({});