Minskin mərkəzindən aeroporta birbaşa dəmir yolu xətti çəkiləcək


Dünya 06 Sen 2019 02:33:00 250 0

Minskin mərkəzindən aeroporta birbaşa dəmir yolu xətti çəkiləcək

Belarusun Minsk şəhərinin mərkəzindən aeroporta birbaşa dəmir yolu xətti çəkiləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Minsk vilayətinin baş arxitektoru Vadim Nikolaenko deyib.

Onun sözlərinə görə, bu dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar iqtisadi və logistika baxımından üç variant üzərində iş aparılır. Bu dəmir yolu xəttinin çəkilişinə dair təkliflər paketi yaxın vaxtlarda təqdim ediləcək. Minskin inkişafı aeroportdan şəhərin mərkəzinə birbaşa dəmir yolu xəttinin çəkilişini qaçılmaz edir.