Afət Fərmanqızı dəbdəbəli evini göstərdi VİDEO


Şou-biznes 06 Sen 2019 01:01:00 247 0

Afət Fərmanqızı dəbdəbəli evini göstərdi  VİDEO

Müğənni Afət Fərmanqızı evinin qapılarını ATV-də yayımlanan "Ulduzlu yayım" verilişinə açıb.

Son.az-ın baku.ws-ə istinadən məlumatına görə, müğənni evindəki bahalı mebeli, saysız-hesabsız gül çələngləri və qır-qızılı ilə aparıcının diqqətini çəkib. 

A. Fərmanqızı aldığı həddiyələrin şəkil və videosunu "Instagram" hesabında paylaşmağının səbəbini açıqlayıb:

"Elə hədiyyəm var ki, onu heç göstərmirəm. Bu hədiyyələri isə təşəkkür üçün göstərirəm. Onu göndərən insan görsün ki, mən ona təşəkkür edirəm". Göz-nəzərdən danışan müğənni bunları deyib:

"Gözə inanıram, amma Allah qismətimizə nə yazıbsa, odur. Bəndə nə karədir ki, onun gözü ilə nəisə olsun. Qızıl pis gözü, nəzəri qaytarır".

(adsgarden = window.adsgarden || []).push({});