Azərbaycanın ən bahalı həkimləri


Digərləri 05 Sen 2019 23:05:00 251 0

Azərbaycanın ən bahalı həkimləri

Azərbaycanda peşəsinin həqiqi mənada haqqını verən həkimlər az da, olsa var. Lakin bu həkimlər getdikcə əlçatmaz olur; ərzaq, geyim və digər sahələrdə olduğu kimi həkim qəbulu qiymətləri də artır.

Məşhurlaşan, insanların rəğbətini qazanan həkimlərin qəbulu isə bu artım tendensiyasında daha qabarıq görünür. Belə ki, ötən il 50-60 manata olan həkimlər bu il 80-90-100 manata, 80 manata olanlar isə 120 və daha yuxarı qiymətlər elan edib.   Son.az medicina.az-a istinadən Bakıda qəbul qiyməti yüksək olması ilə fərqlənən həkimlərin siyahısını tərtib edib. Siyahı sosial sorğu, pasiyent rəyləri və eləcə də klinikalara birbaşa zənglərlə dəqiqləşdirilib. Beləliklə, əsasən özəl klinikalarda çalışan, qəbulu 100-150 manatı keçən həkimlərimizin ilkin siyahısını təqdim edirik. Bu siyahıya getdikcə əlavələr olacaq və oxuculara daha geniş siyahı təqdim edəcəyik.

1.Azər Fərəc - 112- 177 AZN

Fetal ulstrasonoqrafiya üzrə Azərbaycanın 1 nömrəli peşəkar mütəxəssisdir. Özəl klinikada çalışır, bu məbləğə hamilənin 2 dəfə dopleri daxildir. Məbləğ birinci qəbulda ödənilir.   2. Zakir Əliyev - 150 AZN   Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru. Həm dövlət, həm özəl klinikada çalışır. Uşaq nevroloji xəstəlikləri üzrə bir nömrəli həkim hesab edilir

3. Uzman psixiatr İkram Rüstəmov - 120 AZN

Daha çox uşaqlarda autizm diaqnozunun təsdiqlənməsi üçün valideynlərin seçimi olur. Özəl klinikada çalışır.

4. Dermatoloq Leyla Mirzoyeva- 100 AZN 5. Mama-ginekoloq Aytən Səfərova - 100 AZN 6. Psixoloq Babək Bayramov - 100 AZN 7. Ginekoloq-cərrah Turab Canbaxışov - 95 AZN 8. Pediatr Erkin Rəhimov - 90 AZN 9. Ginekoloq Natiq Məhərrəmov - 90  AZN

(adsgarden = window.adsgarden || []).push({});