Hindistanın kosmik maşını Vikram, şənbə günü aya eniş edəcək


Digərləri 05 Sen 2019 22:45:00 281 0

Hindistanın kosmik maşını  Vikram, şənbə günü aya eniş edəcək

Hindistanın təxminən 1 ay öncə kosmosa göndərdiyi Chandrayaan, hədəfə çatıb. Növbəti vəzifə isə Vikran eniş maşınına keçir. Bu vəzifə çərçivəsində Vikram, şənbə Aya eniş həyata keçirməyi planlaşdırır.

Son.az chip.az-a istinadən bildirir ki, Hindistan Kosmik Araşdırma Təşkilatı (ISRO), Ay araşdırma missiyası olan Chandrayaan-2-ni bir neçə ay bundan əvvəl başlamışdı və bu gün gələn xəbərlərə görə isə eniş vasitəsi olan Vikram, Chandrayaan-2-dən uğurla ayrıldı və səthinə eniş etmək üçün Aya doğru yönəldi.

Vikram eniş maşını, 7 sentyabr (şənbə günü) günorta saatlarında Ay səthinə yumşaq bir eniş həyata keçirəcək. Eniş uğurla tamamlandıqdan sonra isə Vikramda yer alan kəşfiyyat vasitəsi, Ayda su əlamətlərini və Günəş sisteminin fosil izlərini axtaracaq. Vikram eniş maşını, Hindistanın Sovet hökuməti, ABŞ və Çindən sonra Ay səthində kəşf edən 4-cü ölkə olmasını təmin edəcək.

Missiya çərçivəsində Ayın cənub qütb bölgəsi araşdırılacaq:

Missiya daxilindəki Vikram, Ayın cənub qütb bölgəsinə yumşaq bir eniş edən ilk kosmos vasitəsi olacaq. Eniş öncəsi topoqrafik tədqiqatlar aparan və eniş bölgəsini araşdıran qrup, kosmos vasitəsini təxminən 70° cənub enliyində yerləşən iki krater (Manzinus C və Simpelius N) arasındakı yüksək düzənliyə yumşaq bir enmə ilə endirəcək.

(adsgarden = window.adsgarden || []).push({});