Çox həkimlərin təyin etdiyi, amma lazımsız analizlər –


Digərləri 05 Sen 2019 21:35:00 531 0

Çox həkimlərin təyin etdiyi, amma lazımsız analizlər –

Analizləri həkim təyin edir, çox az xəstə var ki,buna etiraz edir və ya səbəbini tələb edir. Əgər həkim lazım bilibsə, deməli verilməlidir. Statistika göstərir ki, hər il pasiyentlər müalicə və profilaktikadan çox analizlərə pul xərcləyir.

Lakin tibbi təcrübədə hətta həkimlərin də razılaşdığı bəzi məqamlar var: məsələn elə analizlər var ki, onlara vaxt və pul sərf etməyə dəyməz.

Son.az medicina.az-a istinadən bu analizləri rusiyalı həkim terapevt İrina Ufimçevanın izahında təqdim edir:

Leptin analizi

Enerji mübadiləsinə cavabdeh olan bu hormon bəzi insanlarda çox aşağı düşür. O, azalanda insan aclığı, iştahı tənzimləyə bilmir, çox yeyir, piylənir. Əgər belə anamnez varsa, məlum məsələdir ki, leptin aşağı düşüb, bunu təcrübəli endokrinoloq dərhal bilir, ona görə elə uyğun dərman təyin etməklə kifayətlənmək olar.

Kortizol - stress analizi

Bu analizi çox zaman hamiləliyi alınmayan və ya süni mayalanmaya hazırlaşan qadınlara təyin edirlər. Qandan alınan analizin bəzən nəticələri düzgün olmaya bilər. Məsələn, xəstə evdən çıxanda əsəbiləşibsə, analizdən öncə həyəcanlıdırsa və ya axşam yaxşı yatmayıbsa, onun qanında kortizol yüksək çıxacaq, günün sonunda isə düşə bilər.   Alınan qan bir neçə dəqiqə artıq kənarda qalarsa, artıq biomaterial yararsızdır. Ona görə bu analiz sizə təyin edilsə də razılaşmaya bilərsiz. Ən yaxşı cavab sidiyin sutkalıq yığılıb analizə təqdim etməkdir, buna isə çoxu tənbəllik edir.

-Epşteyn - Bar və sitomeqalovirus antitelinin analizi

İnfeksionistlər tez-tez bu analizi təyin edir. Xüsusən uşaqlarda, hamilələrdə bu viruslar çox axtarılır. Amma 90% uşaq da, böyük də hər iki virusu daşıyır və antiteli ola bilər. Antitelin təyini analizi həkimə müalicə üçün heç bir səbəb vermir. Çünki analiz 90% hallarda antitelin olmasını deyəcək. Bu analizlərə də baxıb dərhal xəstəyə immun dərmanları yazanlar da olur.    Bəzii bəzi həkimlər əsassız yerə düşünür ki, əgər qanda antitel yüksək çıxırsa, deməli immunitet zəifdir. Hesab edirəm ki, bu düzgün deyil və xəstəyə immunmodulyatorların təyini hətta təhlükəlidir.

Helikoibakteri pylori antiteli

Bu bakteriyanın qanda analizi düzgün deyil. Əgər şikayətlərə əsasən xəstənin mədəsində bu bakteriyaya şübhə varsa, ya qastroskopiya edilib şirədən nümunə götürülməlidir, ya da C 13 nəfəs testi edilməlidir.

Həkimlər asan və ucuz yola qaçıb, xəstəni əlavə analizə yönəldir, bu isə informativ deyil. Əgər qanda helikobakteri antiteli göstəricisi ən yüksək həddə çıxsa da, bu o demək deyil ki, hazırda o bu virusla xəstədir.

(adsgarden = window.adsgarden || []).push({});