"Apple" bazar payını qaytarmaq üçün radikal addıma əl atıb


Digərləri 05 Sen 2019 20:24:00 260 0

"Apple" bazar payını qaytarmaq üçün radikal addıma əl atıb

Amerikanın "Apple" korporasiyası gələn il "iPhone" smartfonunun yeni ucuz modelini təqdim edəcək.

Bu barədə Sputnik Azərbaycan "Nikkei Asian Review" nəşrinə istinadən yazıb.

"Smartfon bazarında payını itirməkdə olan "Apple" şirkəti inkişaf etməkdə olan bazarlarda alıcıları cəlb etmək və Çində "Huawei Technologies" və digər rəqiblərin tutduğu mövqeləri qaytarmaq üçün gələn yaz ucuz "iPhone" modelini buraxacaq", - mənbələr deyiblər.

Bu model 2016-cı ildə buraxılmış "iPhone SE" smartfonundan sonra ikinci ucuz "iPhone" cihazı hesab edilir. Qeyd edək ki, "iPhone SE" smartfonunun ilkin qiyməti 399 dollar səviyyəsində təyin edilmişdi.

(adsgarden = window.adsgarden || []).push({});