Rusiyada hərbi vertolyot qəzaya düşdü:


Dünya 05 Sen 2019 17:37:00 190 0

Rusiyada hərbi vertolyot qəzaya düşdü:

Rusiya Silahlı Qüvvələrinə məxsus "Mi-8" tipli hərbi təyyarə Saratov bölgəsində yerləşən aerodromda qəzaya düşüb.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, pilotların taleyindən hələ ki, xəbər yoxdur. 

""Mi-8" hərbi vertolyotu aerodromdan çıxdıqdan sonra sərt eniş etməyə çalışdı, ancaq yerə çırpıldı və yanğın baş verdi",- deyə hadisənin şahidi olan mənbə bildirib.

İlkin məlumata görə, bir neçə insan xilas ola bilib.