Kirayə qalmağa imkanı olmayan tələbələrin yataqxana problemi


Digərləri 05 Sen 2019 16:44:00 264 0

Kirayə qalmağa imkanı olmayan tələbələrin yataqxana problemi

"Bütün tələbələrin təzə kirayə evə imkanı çatmır"

Son.az ARB TV-yə istinadən xəbər verir ki, ali məktəblərə qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra tələbə adı qazananların bir qisminin sevinci uzun sürmür.

Hər il olduğu kimi bu tədris ilində də ali məktəblərin əksəriyyətinin yataqxana probleminin çözülməmiş qalması, tələbələri kirayə mənzil axtarmaq məcburiyyətində qoyur. Amma bəzi valideynlərin övladları üçün kirayə ev tutmağa imkanı olmadığından onlar aylıq qiyməti 20-60 manat arasında dəyişən mövcud universitet yataqxanalarına müraciət edirlər. Gördükləri mənzərə isə bir o qədər də ürək açan olmur.

Azərbaycan Dillər Universitetinin yataqxanasının bir hissəsində məcburi köçkünlər, bir hissəsində isə tələbələr məskunlaşıb. İçəri daxil olduqda isə qarşılaşılan mənzərə belədir; qaranlıq dəhliz və 200 tələbəyə ayrılmış kiçik bir oxu zalı. Hər biri maksimum 4 nəfər üçün nəzərdə tutulan otaqların isə hamısına bir mətbəx, bir ayaqyolu və bir hamam xidmət göstərir.

Belə mənzərə təkcə Dillər universitetinin deyil, ölkənin əksər  universitetlərinin yataqxanalarında da hökm sürür. Götürək elə İqtisad universitetini. Bir vaxtlar tələbələr üçün fəaliyyət göstərən universitetin 5 yataqxanasının hər birində indi məcburi köçkünlər məskunlaşıb. Nəticədə yataqxanaya müraciət edən tələbələr ya yer çatışmazlığından, ya da şəraitsizlikdən məcbur olub kirayə evlərə üz tuturlar.

Natalia Abıyeva - Tələbə: "Mən istəyərdim ki, yataqxanalarda yerlər çox olsun. Çünki bütün tələbələrin təzə kirayə evə imkanı çatmır".

Tamraz Əliyeva - Tələbə: "Mən öz yaxın ətrafımdan, qohumlarımdan deyə bilərəm ki, onlar bu il universitetə qəbul olublar, lakin 1 aya yaxındır ki, kirayə yer axtarırlar".

Dövlət Pedoqoji, Aqrar və Tibb Universitetində isə vəziyyət bir qədər fərqlidi. Tibb Universitetinin 6 yataqxanasından cəmi birində məcburi köçkünlər yerləşib, digər 5 yataqxana isə tələbələrin ixtiyarındadır və indiyədək 956 tələbənin yerləşdirilməsi başa çatıb.

(adsgarden = window.adsgarden || []).push({});