Bakının mərkəzində evdən külli miqdarda pul və məişət əşyaları oğurlanıb


Digərləri 05 Sen 2019 16:32:00 209 0

Bakının mərkəzində evdən külli miqdarda pul və məişət əşyaları oğurlanıb

Bakının mərkəzində evdən külli miqdarda pul və məişət əşyaları oğurlanıb.

Bakı. Bakının mərkəzində evdən külli miqdarda pul və məişət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat, 14.900 ABŞ dolları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan rayon sakini, əvvəllər məhkum olunmuş M.Zülfüqarov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.