Səfir: Pakistan Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipini dəstəkləyir


Digərləri 05 Sen 2019 15:26:39 157 0

Səfir: Pakistan Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipini dəstəkləyir

Pakistan Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipini dəstəkləyir

Bakı. Mətanət Nəsibova - Pakistan Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipini dəstəkləyir. Trend-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib. O bildirib ki, Azərbaycan və Pakistan hərbi sahədə strateji tərəfdaşlardır: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəkləyirik və uzunillik münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin tərəfdarıyıq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin