Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb


Digərləri 05 Sen 2019 15:10:40 164 0

Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb

Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb

Bakı. Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1,8 kiloqramdan artıq çəkidə heroin aşkar edilərək götürülüb.