“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi başa çatıb (FOTO)


Digərləri 05 Sen 2019 14:58:55 189 0

“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi başa çatıb (FOTO)

ASCO-nun gəmiləri “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi üzrə işlərini uğurla başa çatdırıblar

Bakı. Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi Azərbaycanda yeni texnologiyalara əsaslanan ilk müasir “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi üzrə işlərin 90 faizdən çoxu yerinə yetirilib. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) Trend-ə verilən məlumata görə, Pirşağı tullantı sutəmizləyici qurğusunun çıxış xəttinin 400 metrlik hissəsi quru, 1300 metrlik hissəsi isə dənizdə quraşdırılıb. Bütün bunlar nəzərə alınaraq əvvəlcədən dənizin dibi ilə marşrut müəyyənləşdirilib və ASCO-nun ixtisaslaşmış gəmiləri ilə dibdərinləşdirmə işləri aparılıb. Gəmilər işlərini uğurla başa çatdırıblar. Dibdərinləşdirmə işləri "Mühəndis B. Məmmədov" torpaqqazan, "Bakinskaya-3", "Bakinskaya-5" və "Bakinskaya-6" torpaqdaşıyan gəmiləri ilə yerinə yetirilib. Bundan əlavə, layihəyə “Abşeronskaya-5” yedək/lövbərdaşıyan və “Orion-12” dalğıc-dibölçən gəmiləri də cəlb edilib. Pirşağı qazma ərazisində çıxarılan ümumi həcm 216 650 m3 təşkil edir.