Şeyma Subaşının "kitabı bağlandı" FOTO


Digərləri 05 Sen 2019 14:11:00 212 0

Şeyma Subaşının "kitabı bağlandı"  FOTO

Tv8 kanalının rəhbəri Acun Ilıcalıdan boşanan və aldığı təzminatla gündəm olan Şeyma Subaşı yazdığı kitaba görə məhkəməlik olub.

Son.az Sputnik Türkiyəyə istinadla bildirir ki, oxucu Şeyma Subaşını müəllifi olduğu kitaba görə məhkəməyə verib. Buna səbəb Şeymanın kitabda üz dərisinin gözəlliyi üçün evlərin təmizliyində istifadə edilən zəhərli tuz ruhu maddəsini tövsiyə etməsidir.

Hakim qarşısına çıxan Şeyma ifadəsində nəşriyyatı günahlandırıb. O bildirib ki, məqsədi qaydaları pozmaq və insanlara zərər vermək deyil, nəşriyyat işçilərinin səhvinə görə kitabdakı kimyəvi turşuların adları dəyişik düşüb.

Kitabla bağlı araşdırma aparılması barədə qərar verilib.

(adsgarden = window.adsgarden || []).push({});