İranda minik avtomobilləri toqquşdu:


Dünya 05 Sen 2019 13:07:00 217 0

İranda minik avtomobilləri toqquşdu:

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Məhabad-Bukan yolunda Dostəli kəndi yaxınlığında iki minik avtomobili toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayəti Məhabad rayonunun yanğınsöndürmə idarəsinin müdiri Rəhman Əhmədi deyib.

R.Əhmədinin sözlərinə görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılar rayonun İmam Xomeyni xəstəxanasına yerləşdirilib.

İdarə rəsmisi hadisənin polis tərəfindən araşdırıldığını deyib.