Rusiyada uşaq bağçası atəşə tutuldu


Dünya 05 Sen 2019 12:39:46 179 0

Rusiyada uşaq bağçası atəşə tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində bir şəxs öz evinin pənəcərəsindən yaxınlıqdakı uşaq bağçasını atəşə tutub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bağçanın ərazisində olan bir kişi yüngül yaralanıb.

Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda hadisənin motivləri araşdırılır.