“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb


Digərləri 05 Sen 2019 12:22:48 199 0

“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb

UNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib.

Bakı. İlhamə İsabalayeva - UNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, proqram üzrə 1 nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib. Qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq. Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə UNESKO tərəfindən qarşılanacaq.