AFFA Azərbaycan - Xorvatiya oyunu ilə bağlı KİV-ə müraciət etdi


Digərləri 05 Sen 2019 11:11:00 241 0

AFFA Azərbaycan - Xorvatiya oyunu ilə bağlı KİV-ə müraciət etdi

KİV nümayəndələri akkreditasiyalarını sentyabrın 8-də saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Bakcell Arena”dan əldə edə bilər.

Bakı. AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya oyunu üçün müvafiq qaydada akkreditasiyadan keçmiş KİV nümayəndələri akkreditasiyalarını sentyabrın 8-də saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Bakcell Arena”dan əldə edə bilər. Bu barədə Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib. Bildirilir ki, qeydiyyadan keçmiş və müvafiq qaydada təsdiq cavabı almış hər bir KİV əməkdaşı yalnız öz akkreditasiyasını götürə bilər.