Yaponiyada qatar yük maşını ilə toqquşdu:


Dünya 05 Sen 2019 10:20:00 299 0

Yaponiyada qatar yük maşını ilə toqquşdu:

Yaponiyanın İokoqama şəhərində qatar yük maşını ilə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində azı 30 nəfər xəsarət alıb.

Məlumata əsasən, toqquşma Kinaqava-Şimmaçi və Nakakido stansiyaları arasında baş verib.

Bildirilir ki, toqquşmadan sonra qatarın birinci vaqonu relsdən çıxıb, yük maşını isə alışıb.