Yaponiyada məşhur superkompüterin işi dayandırılıb


Digərləri 05 Sen 2019 07:31:00 199 0

Yaponiyada məşhur superkompüterin işi dayandırılıb

Yaponiyada "Fujitsu" şirkətinin hazırladığı və Kobe şəhərində yerləşən "RIKEN" tədqiqat mərkəzinin sərəncamında olan "K" superkompüterinin fəaliyyətinin dayandırılması ilə bağlı təntənəli mərasim keçirilib.

Son.az ICTnews-a istinadən bildirir ki, kompüterin dayandırılması düyməsi "RIKEN" prezidenti Hirosi Matsumoto tərəfindən basılıb.

2006-cı ildə hazırlanılmasına başlanan "K" superkompüteri 2012-ci ilin sentyabrında işə salınıb. O, 2011-ci ildə bütün oxşar qurğular arasında dünyanın ən sürətli superkompüteri seçilib.

"K Computer" qurğusu "RIKEN" mərkəzində təxminən 700 şkafa (kompüterin mikrosxem, plata və soyutma sisteminin yerləşdiyi korpuslar) quraşdırılıb və "Sparc64" arxitekturalı 705 min prosessor nüvəsinə malik olub. Onun ən yüksək məhsuldarlığı 8,16 petaflops təşkil edib. Dünyanın əksər qabaqcıl sistemlərindən fərqli olaraq "K Computer" klassik arxitekturaya əsaslanıb - qrafik prosessor və ya digər hesablama akseleratorlarından istifadə etməyib.

(adsgarden = window.adsgarden || []).push({});