Bakıda 4 otaqlı evdə yanğın olub


Digərləri 04 Sen 2019 23:55:00 192 0

Bakıda 4 otaqlı evdə yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və evə bitişik 40 m² sahədə talvar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​