Komandirin istəyi ilə Aqarunovun heykəlini hazırlayan müəllimlər FOTO


Digərləri 04 Sen 2019 22:40:00 226 0

Komandirin istəyi ilə Aqarunovun heykəlini hazırlayan müəllimlər  FOTO

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, heykəlin müəllifləri Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri Rahib Babayev və Ramik Rzayevdir. Heykəl Albert Aqarunovun komandiri olmuş Hacı Əzimovun istəyi ilə hazırlanıb. Milli Qəhrəmanın heykəlinin hazırlanmasına 5 ay vaxt sərf olunub.

Qısa arayış olaraq bildirək ki, heykəlin müəllifləri hazırda müəllim kimi çalışdıqları Azərbaycan Rəssamlıq Akademiyasının məzunları olublar.

Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimi Rahib Qarayev 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olub. O, 2000-2008-ci illərdə Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltəraşlıq dərsləri alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə, 4 il sonra isə magistraturaya qəbul olub. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 

O, 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir. Samir Kaçayevlə Rahib Babayev dost olublar. Bundan başqa, Masallının Təzəkənd kənd məktəbi üçün şəhid Rövşən Nəbiyevin büstünü hazırlayıb. 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan şəhid Hakim Həsənovun heykəlinin müəllifidir.