Bəlkə sizdə Balanit var?


Digərləri 04 Sen 2019 22:30:00 227 0

Bəlkə sizdə Balanit var?

Balanit - kişi cinsiyyət üzvünün baş hissəsinin kəskin və xroniki iltihabi xəstəliyidir. Çox hallarda infeksiyalardan yaranır. Hazırda tibdə kişi sağlamlığı mövzusunda ən çox rast gəlinən və aktual bir problemdir. 

Son.az medicina.az-a istinadən kişilərin baş bəlası balanitin simptom və müalicəsi barədə araşdırmanı təqdim edir.

Patologiyanın simptomları: iltihablı nahiyədə qızardı, ağrı, artan şişkinlik, sidik və eakulyasiyada çətinlik. 

Ümumilikdə, 12 % kişilərdə rast gəlinən xəstəlikdir. Cinsiyyət orqanının baş hissəsinin iltihabı hətta uşaqlarda da rast gəlinə bilər. Amma daha çox 35 yaş və yuxarı hədlərdə yayılıb.

Maraqlısı odur ki, xəstəlik sünnət olunmuş kişilərdə nadir halda rast gəlinir, ona görə də müsəlman ölkələrində az yayılıb deyə bilərik. Səbəbi odur ki, sünnən edilməyən kişilərdə cinsiyyət üzvünün baş hissəsində ətin içəri qatlanan kənarlarına smeqma yığılır, bu da bakteriya, infeksiyanın yaranması üçün əlverişlidir. 

Müalicə olunmadıqda, xəstəlik orqanın bir başından daha irəli yayılaraq, bütün cinsiyyət üzvünü əhatə edə bilir. Bu artıq balanopostit xəstəliyidir.

Ağırlaşmaları

Bu patologiya kəskin mərhələyə keçdikdə, müalicə olunmadıqda uretranın iltihabı, fimoz və parafimoza səbəb olur. Hətta ən ağır ağırlaşması kişidə erektil disfunksiya, yəni potensiya pozulması baş verə bilər.

Xəstəliyin eroziyalı formasında orqanda eroziyalaşmış sahələr aydın nəzərə çarpır.  Qanqrena formasında isə irinli təbəqə olur, orqanın başında nekrozlaşmış sahələr yaranır.  Xəstəlik infeksion, virus, göbələk mənşəli ola bilər. 

(adsgarden = window.adsgarden || []).push({});