ABŞda ilk dəfə elektron siqaretlər qadağan edildi


Dünya 04 Sen 2019 20:40:00 180 0

ABŞda ilk dəfə elektron siqaretlər qadağan edildi

ABŞ-ın Miçiqan ştatında ilk dəfə elektron siqaretlər qadağan olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ştat qubernatoru Qrethen Uitmerin sözlərinə görə, qadağa gəncləri siqaretin zərərli təsirlərindən qorumaq məqsədi daşıyır.

Qadağa meyvəli, şirin, nanə və mentol ətirli siqaretlərə aiddir. Tütün qoxulu siqaretlərin istifadəsi isə sərbəstdir.

Elektron siqaretlərin pərakəndə və onlayn satışına da 6 ay müddətinə qadağa qoyulub.