“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - (FOTO/VİDEO)


Digərləri 04 Sen 2019 18:28:25 234 0

“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - (FOTO/VİDEO)

Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları keçirilir.

Bakı. Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları keçirilir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir. Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin