Nazirlik: "Niderland şirkətləri Azərbaycanın aqrar sektoruna maraq göstərir"


Digərləri 04 Sen 2019 17:52:41 242 0

Nazirlik: "Niderland şirkətləri Azərbaycanın aqrar sektoruna maraq göstərir"

Azərbaycanın aqrar sektoru Niderland şirkətlərinə geniş kommersiya imkanlarını təqdim edir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Niderland Xarici İşlər Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək üçün səylərini və Niderlandın bu sahədə böyük təcrübəsini nəzərə alsaq, kənd təsərrüfatı böyük potensiala malikdir.

Bundan başqa, nazirlikdən bildiriblər ki, bu ilin payızında Bakıda "Sağlam qidanın istehsalı üçün dayanıqlı kənd təsərrüfatı" mövzusuna həsr olunmuş seminarın keçirilməsi planlaşdırılır:

"Bu seminara biz ölkələrimizin şirkətlərini, nazirliklərini və təşkilatlarını, eləcə də universitet və tədris qurumlarını cəlb etməyi planlaşdırırıq. Bizim təcrübəmiz göstərir ki, kənd təsərrüfatı problemlərinin dayanıqlı həlli yalnız bu strukturların sıx əməkdaşlığı ilə mümkündür".