Nobel prospektindəki qəzanın ilkin təfərrüatları məlum olub (FOTO)


Digərləri 04 Sen 2019 17:26:26 216 0

Nobel prospektindəki qəzanın ilkin təfərrüatları məlum olub (FOTO)

Nobel prospektindəki qəzanın ilkin təfərrüatları məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Nobel prospektindəki qəzanın ilkin təfərrüatları məlum olub. Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, qəza agentlik tərəfindən araşdırılır: "Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib". O həmçinin əlavə edib ki, minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəya dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.