Qırğızıstanda eksprezidentin toxunulmazlıq hüququnun ləğv edilməsi ilə bağlı gərginlik artır


Dünya 04 Sen 2019 17:18:00 188 0

Qırğızıstanda eksprezidentin toxunulmazlıq hüququnun ləğv edilməsi ilə bağlı gərginlik artır

Qırğızıstanda parlamentin eks-prezident Almazbek Atambayevin toxunulmazlıq hüququnu ləğv etməsi ilə bağlı gərginlik artır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bişkek yaxınlığındakı Kok-Taş kəndində, eks-prezidentin yaşadığı evin qarşısında Almazbek Atambayevin tərəfdarlarından və jurnalistlərdən ibarət qərargah yaradılıb.

Xatırladaq ki, iyunun 27-də Qırğızıstan parlamenti-Joqorku Keneş eks-prezident Almazbek Atambayevin ittiham edilməsi və toxunulmazlıq statusunun ləğv olunması barədə qərar qəbul edib. Almazbek Atambayev isə parlamentin qəbul etdiyi qərarı "absurd" adlandırıb və deyib ki, dövlət başçısı kimi xalqa qarşı heç bir cinayət törətməyib.