Gecə paytaxtın bu hissəsində hərəkət məhdudlaşdırılacaq


Digərləri 04 Sen 2019 16:59:00 162 0

Gecə paytaxtın bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Təmir işləri aparılacaq.

Bakı. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan başlayaraq səhər saat 05:00-dək Azadlıq prospektinin Məsud Davudoğlu küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, bu üzdən sözügedən hissədə qeyd olunan müddət ərzində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.