Sərnişin avtobusu yanıb kül oldu


Dünya 04 Sen 2019 16:40:00 245 0

Sərnişin avtobusu yanıb kül oldu

İstanbulda hərəkətdə olan sərnişin avtobusunda alovlanma baş verib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, İnsident Bəyqoz rayonunun Yuşa avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Kavacıq istiqamətində irəliləyən, içərisində 15 sərnişinin olduğu avtobus naməlum səbəblərdən yanmağa başlayıb. Sərnişinlər dərhal evakuasiya olunublar.

İnsident yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğınsöndürmə briqadalarının müdaxiləsindən sonra yanğın söndürülüb. Avtobus isə yararsız vəziyyətə düşüb.

(adsgarden = window.adsgarden || []).push({});