Moda üzrə tanınmış sima dünyasını dəyişib


Digərləri 04 Sen 2019 16:44:00 277 0

Moda üzrə tanınmış sima dünyasını dəyişib

Moda aləminin görkəmli ustası, almaniyalı fotoqraf Peter Lindberq 74 yaşında dünyasını dəyişib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fotoqraf son illər Nyu-Yorkda, Fransanın Paris və Arle şəhərlərində yaşayırdı. O, 1944-cü ildə Polşada doğulub, 1971-ci ildən fotoqrafiyaya maraq göstərərək reklam üçün şəkillər çəkməyə başlayıb.

1978-ci ildə Parisə köçəndən sonra artıq onun beynəlxalq karyerası başlanır. O, bütün diqqətini moda üzərində cəmləyib, Katrin Denev, Madonna, Şeron Stoun, Sindi Krouford, Natalia Vodyanova, Olqa Rodinova kimi məşhur modellərlə işləyib.

P.Lindberqin şəkillərini dəfələrlə "Vogue", "Rolling Stone" kimi moda jurnalları öz səhifələrində yerləşdiriblər.

(adsgarden = window.adsgarden || []).push({});