“Visa” və Azərbaycan Beynəlxalq Bankı tokenləşmə sistemini işə salır


Digərləri 04 Sen 2019 16:00:20 238 0

“Visa” və Azərbaycan Beynəlxalq Bankı tokenləşmə sistemini işə salır

“Visa” beynəlxalq ödəmə sistemi Azərbaycan Beynəlxalq Bankı ilə birgə tokenləşmə (Visa Token Services) sistemini işə salır

Bakı. Kəmalə Məmmədli - “Visa” beynəlxalq ödəmə sistemi Azərbaycan Beynəlxalq Bankı ilə birgə tokenləşmə (Visa Token Services) sistemini işə salır. Bu barədə Trend-ə şirkətdən məlumat veriblər. Məlumata əsasən, sentyabrın 10-da “Visa International” şirkətinin Qafqaz regionu üzrə direktoru Kristina Doroşun səfəri gözlənilir. Xatırladaq ki, şirkət Azərbaycanda tokenləşmə sisteminin işə salınması planlarını bu ilin mayında Bakıda Maliyyə texnologiyaları üzrə sammit zamanı səsləndirmişdi.