Türklər ağ rəngli avtomobilləri sevir


Digərləri 04 Sen 2019 12:56:00 204 0

Türklər ağ rəngli avtomobilləri sevir

2019-cu ilin iyul ayında Türkiyə vətəndaşları ağ rəngli avtomobillərə üstünlük verib

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin iyul ayında Türkiyə vətəndaşları ağ rəngli avtomobillərə üstünlük verib. Trend-in məlumatına görə, statistikaya əsasən, iyul ayında ölkədə istifadə olunan avtomobillərin 53,9 faizi ağ rəngdə olub. Həmin dövr ərzində 23,6 faiz boz, 6,7 faiz qara, 5,7 faiz qırmızı, 4,9 faiz mavi və 3,9 faiz sarı rəngli avtomobillər istifadə olunub.