Azərbaycan Beynəlxalq Muzeylər Şurasının baş konfransında təmsil olunur


Digərləri 04 Sen 2019 12:28:31 226 0

Azərbaycan Beynəlxalq Muzeylər Şurasının baş konfransında təmsil olunur

Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının 25-ci baş konfransı keçirilir.

Bakı. Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının 25-ci baş konfransı keçirilir. Trend-in məlumatına görə, tədbirin açılış mərasimində Yaponiyanın vəliəhd-şahzadəsi və onun xanımı, nazirlər, parlamentin üzvləri, Kioto şəhərinin meri iştirak ediblər. Konfransın işinə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Konfransı salamlama nitqi ilə açan ICOM-un sədri Suay Aksoy bildirib ki, tədbirdə rekord miqdarda – 5 minədək nümayəndə iştirak edir. İştirakçıları salamlayan vəliəhd-şahzadə konfransın işinə uğurlar arzulayıb.