Ana balasını öldürüb,


Dünya 04 Sen 2019 11:24:00 247 0

Ana balasını öldürüb,

Körpəsini öldürüb, sonra da cəsədini soyuducuya qoyan qadının növbəti məhkəməsi keçirilib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Alabama ştatının Dotan ştatında yaşayan 36 yaşlı Amanda Oakes adlı qadının 99 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

Amanda Oakes otel otağında övladını öldürdükdən sonra pis iy gəlməsin deyə cəsədi soyuducuya qoyub. Vəziyyətdən şübhələnən otel işçiləri polisə məlumat veriblər.

Qadın polis tərəfindən saxlanılıb. O, cinayəti etiraf edib və bildirib ki, həmin vaxt narkotik maddənin təsiri altında olub.