Alt paltarı ilə gəzib məşhur olmaq istədi,


Dünya 04 Sen 2019 10:12:00 265 0

Alt paltarı ilə gəzib məşhur olmaq istədi,

Alt paltarı ilə küçədə gəzərək sosial şəbəkələrdə məşhur olmaq istəyən şəxsi polis saxlayıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli şəhərinin Gölcük rayonunda baş verib.

Məlumata görə, Yalovadan Gölcükə gələn A.Ş. adlı şəxs Şirinköy məhəlləsində soyunaraq alt paltarı ilə küçədə gəzməyə başlayıb. 

Ətrafdakı vətəndaşlar əynində yalnız alt paltarı olan şəxsi görüb dərhal polisə xəbər veriblər.

Hadisə yerinə gələn polis onu dövrəyə alan insanların əlindən alaraq şöbəyə gətiriblər. O, dindirilmə zamanı "Mən sosial şəbəkədə məşhur olmaqdan ötrü təcrübə aparırdım. İnsanların marağını çəkmək və mediada yayımlanmaq istədim" polislərə deyib.

Polis əməkdaşları A.Ş.-ni mağazaya apararaq ona şalvar və köynək alıblar. Alınan paltarları geyindikdən sonra A.Ş.-nın psixoloji vəziyyətini yoxlamaq üçün xəstəxanaya aparıblar.

(adsgarden = window.adsgarden || []).push({});