Tramp: "Tillisin xahişi ilə mən bu axşam..."


Dünya 04 Sen 2019 08:52:00 206 0

Tramp: "Tillisin xahişi ilə mən bu axşam..."

ABŞ prezidenti Donald Tramp "Dorian" qasırğası səbəbindən Şimali Karolinada fövqəladə vəziyyət elan edəcəyini söyləyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

D.Tramp deyib: "Senator Tom Tillisin xahişi ilə mən bu axşam Şimali Karolinada fövqəladə vəziyyət barədə bəyannamə hazırlayıb imzalayacam".

Prezidentin belə bir elanı federal hakimiyyət orqanlarının fəlakətə qarşı mübarizədə və zəruri hallarda onun nəticələrinin aradan qaldırılmasında kömək edəcəyi deməkdir.