Cənubi Afrikadakı iğtişaşlarda 5 nəfər ölüb


Dünya 04 Sen 2019 07:41:00 206 0

Cənubi Afrikadakı iğtişaşlarda 5 nəfər ölüb

Cənubi Afrika Respublikasında iğtişaşlar zamanı 5 nəfər ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qautenq vilayətinin polisi bildirib.

Məlumata əsasən, 5 ölüm halı Yoxannesburqda qeydə alınıb. Bildirilir ki, xəsarət alanların çoxu həmin ölkənin vətəndaşlarıdır.

İğtişaşlarda iştirak edən 189 nəfərin həbs olunduğu vurğulanıb.