Bir zavodun bağlanması Avropa İttifaqında meyvətərəvəzin bahalaşmasına səbəb ola bilər


Digərləri 04 Sen 2019 07:07:00 232 0

Bir zavodun bağlanması Avropa İttifaqında meyvətərəvəzin bahalaşmasına səbəb ola bilər

Macarıstanın Solnok şəhərində mineral gübrələr zavodu bağlanacağı təqdirdə belə gübrələr bazarında qiymətlər 20 faiz bahalaşa bilər, bu isə bütün Avropa İttifaqında kənd təsərrüfatı məhsullarının dəyərində öz əksini tapacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanın Yas-Nadkun-Solnok əyalətinin Fövqəladə Hallar İdarəsi ətraf mühitə ziyan vurulmasına istinad edərək bu il iyulun axırlarında həmin zavodun işinin dayandırılması barədə qərar qəbul edib. Müəssisənin mülkiyyətçisi Debretsen məhkəməsində bu məsələni öz xeyrinə həll etməyə nail olub, lakin Fövqəladə Hallar İdarəsi məhkəmənin qərarından apelyasiya şikayəti verib və zavodun işini yenidən dayandırıb.

Artıq iki aydır ki, zavod işləmir və məhsul göndərilməsi üzrə öhdəliklərini yerinə yetirə bilmir. Bununla belə, fəhlələrə əməkhaqqı ödənilir. Fövqəladə Hallar İdarəsi bildirir ki, bu idarənin mütəxəssisləri Solnok zavodunda istehsalda dəfələrlə qüsurlar aşkar edib və bu müəssisənin təhlükəsizlik tələblərinə cavab vermədiyini göstəriblər. İdarə öz səlahiyyətləri çərçivəsində zavodun işini 90 günə qədər dayandırmaq hüququna malikdir.

Məlumat üçün bildirək ki, Solnok zavodunda "Genezis" markalı gübrələr istehsal edilir. İstehsal gücü ildə 140 min tona bərabər olan bu müəssisə fosfor və kalium tərkibli mineral gübrələr bazarında mühüm rol oynayır. "Bige Holding Kereskedelmi és Termelő Kft." şirkəti 1997-ci ildə Solnokdakı zavodu istismar edən "Tiszamenti Vegyiműveket" (TVM) şirkəti özəlləşdirib. 2004-cü ildə birləşmə proseduru nəticəsində "Bige Holding Kft"şirkəti təşkil edilib. Zavodun sahibi Laslo Biqenin sərvətinin dəyəri 2019-cu ildə təqribi hesablamalara görə, 522 milyon avroya yaxındır. Macarıstanın ən varlı sakinlərinin siyahısında 5-ci yeri tutan Laslo Biqe Solnokdakı zavodla bərabər Petfyurdadakı "Nitrogénművek Zrt." müəssisənin də mülkiyyətçisidir.

(adsgarden = window.adsgarden || []).push({});