Timoşenkonun ailəsində itki


Dünya 03 Sen 2019 23:56:00 227 0

Timoşenkonun ailəsində itki

"Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenko Ali Radanın iclasına qatılmayıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb siyasətçinin 48 yaşlı əmisi qızı Tatyana Şarapovanın ölümü olub. Heç bir xəstəliyi olmayan Tatyana 2 həftə əvvəl qəfil özündən gedib, daha sonra isə komaya düşüb.

Onun həyatını xilas etmək mümkün olmayıb.