Bakıda üçmərtəbəli binada yanğın başlayıb


Digərləri 03 Sen 2019 23:57:00 222 0

Bakıda üçmərtəbəli binada yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.