Orenburq təyyarəsində dava salan azərbaycanlının həbs müddəti uzadıldı


Dünya 03 Sen 2019 23:46:00 260 0

Orenburq təyyarəsində dava salan azərbaycanlının həbs müddəti uzadıldı

Martın 11-də "Orenburq" hava limanından Moskvaya uçan təyyarədə dava salan və həmin gündən istintaq təcridxanasında saxlanılan azərbaycanlının həbs müddəti uzadılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, təyyarə uçmağa hazırlaşarkən 37 yaşlı sərxoş həmvətənimizin göyərtədə dava saldığı, söyüş söyüb polislərə müqavimət göstərdiyi görünən video internetdə yayılıb.

Dövlət Dumasının Orenburq vilayətindən olan deputatı Yuri Mişeryakov da təsadüfən həmin təyyarədə olub və hadisə barədə öz "İnstagram" səhifəsində yazıb.

"Polis və sərnişinlərin operativliyi sayəsində davakar şəxs təyyarədən endirilib", - deyə deputat bildirib.