Avtobus yük maşını ilə toqquşdu - 23 yaralı


Digərləri 03 Sen 2019 22:20:24 224 0

Avtobus yük maşını ilə toqquşdu - 23 yaralı

İranın şimalında yerləşən Simnan vilayətinin Şahrud rayonunda Abbasabad-Miyami yolunda avtobus yük maşını ilə toqquşub.

Bakı. Elnur Bağışov - İranın şimalında yerləşən Simnan vilayətinin Şahrud rayonunda Abbasabad-Miyami yolunda avtobus yük maşını ilə toqquşub. Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. M.Xaledinin sözlərinə görə, səhər saat 05:16-da baş verən qəzada 23 nəfər yaralanıb. Rəsmi əlavə edib ki, hadisə yerinə bir ədəd təcili yardım vertolyotu və təcili yardım maşınları ezam olunub.