Genesis Essentia və Mint kosneptlərinin seriya variantını buraxacaq


Digərləri 03 Sen 2019 22:01:00 203 0

Genesis Essentia və Mint kosneptlərinin seriya variantını buraxacaq

Genesis markasının rəhbərliyi Nyu York avtosalonunda debüt etmiş Mint konseptinin seriya variantının hazırlanmasına "yaşıq işıq" yandırıb. Lakin, bəxti açılan yeganə konsept Mint deyildir - Essentia koneptinin də seriya variantı üzərində çalışmalara start verilib.

Son.az autograph.az-a istinadən bildirir ki, bu barədə Motor Trend nəşrinə Genesis markasının rəhbəri Manfred Fitcerald məlumat verib. Genesis rəhbəri Essentia modelinin ilkin konsepsiyasında dəyişiklik edildiyini də bildirib. Konsept sırf elektrik ötürməsi ilə hərəkətə gəlsə də, onun seriya variantı hibrid olacaqdır. Bununla belə, top-menecer karbon monokokundan və "kəpənək qanadları" formasında qapılardan imtina edildiyi barədə bir şey söyləməyib.

Eyni zamanda, Fitcerald Genesis markasının model xəttinin yığcam şəhər hetçbeki ilə genişləndirilməsi ehtimalının da yüksək olduğunu qeyd edib. O, şəhər avtomobilinin əsas üstünlüklərinin kiçik ölçülər, geniş salon və parktiklik olacağını qeyd edib. Genesis nümayəndəsinin bildirdiyinə görə Mint dolu batareya ilə 322 km qət edə bilər.

Manfred Fitcerald konsept avtomobillərinin seriya variantlarının debüt tarixi barədə məlumat verməsə də, yaxın zamanlarda iki yeni krossoverin təqdim ediləcəyini təsdiqləyib. Genesis GV80 modeli gələn ilin əvvəlində, Genesis GV70 isə 2021-ci ildə satışa çıxmalıdır.

(adsgarden = window.adsgarden || []).push({});